Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İsrailin müdafiə naziri Netanyahuya ultimatum verdi

İsrailin müdafiə naziri Netanyahuya ultimatum verdi

Tarix: 19 May 2024 11:12

İsrailin müdafiə naziri Benni Qants baş nazir Benyamin Netanyahuya ultimatum verib.

Ondan Qəzzada münaqişənin həlli üçün razılaşdırılmış vizyona riayət etməsini tələb olunub. Tələblərin içərisində HAMAS-ın məğlubiyyətindən sonra Qəzzanı kimin idarə edəcəyi məsələsi də var. Benni Qants elan edib ki, tələblərə cavab verilməsə koalisiyanı tərk edəcək.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Times of Israel məlumat yayıb.

Hökumətin digər üzvlərinin qəzəbinə səbəb olan açıqlamada Qants, bəzi İsrail liderlərinin qorxaqlığı ucbatından Qəzzadakı müharibənin son aylar kursdan çıxdığına inandığını söyləyib.

Qantsın sözlərinə görə, hərbi kabinet "altı strateji məqsədə" nail olmaq üçün fəaliyyət planı hazırlamalı və təsdiq etməlidir.


Etiketlər:  İsrailin müdafiə naziri Netanyahuya ultimatum verdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ