Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 May 2024 05:05
"Hər şey qarşılıqlı olmalıdır: sevgi, istək, hörmət, diqqət. Qarşılıqlı olanda qarşındakı hər kəs sənə bunu verəcək. İllərdir bu səhnədə, sənətdəyəm, layiqincə, lazımınca tamaşaçıya sevgimi, enerjimi ötürə bilmişəm. İllərdir bu sənətdə qalıb, hörməti, sevgini görmək qarşılıqlıdır. Demək, sevgi vermişəm ki, alıram da. Nə qədər ömrüm varsa, sənətdəyəmsə, belə olacaq".
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri Xalq artisti Mələkxanım Eyubova "Gündən-günə" proqramında deyib. Tamaşaçı sevgisindən danışn xanəndə yaradıcılığından bəhs edib.
M.Eyubova qızı Nəzrinin ailə qurması haqda suallara "Hər zaman deyirəm ki, hər kəsin övladı xoşbəxt və bəxtəvər olsun. O vaxt valideyn xoşbəxtdir ki, balası da xoşbəxtdir" reaksiyasını verib.
Xanəndə Şuşa səfərindən bəhs edib:
"Bəzən Şuşadan foto yayımlayanda onu da çox görürlər. Reklam üçün şəkil çəkdirmirik, danışmırıq. Bəzi söhbətlər edirlər. Biz Şuşanın gözəl və ən ağır günlərində də orada olmuşam. "Xarıbülbül" yazılanda Ramala dedim ki, ona yalnız Şuşa alınanda klip çəkdirəcəym. İlin sonunda Şuşa alındı və mən arzuma çatdım".