Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Hüseyn Həsənovun başı dərddə - Məhkəməyə verildi

Hüseyn Həsənovun başı dərddə - Məhkəməyə verildi

Tarix: 20 May 2024 11:05

Rusiya və MDB ölkələrində məşhurlaşan azərbaycanlı bloger və iş adamı Hüseyn Həsənovun başı dərddədir.

Milli.Az bizim.media-ya istinadən bildirir ki, bloger Rusiyada suşiyə görə məhkəməyə verilib.

Həsənov "rollar"ın (yəni suşi) çatdırılması üçün yarım milyon rubldan (9360 manat) çox pul ödəməyib.

2023-cü ilin aprelində Həsənov Yapon mətbəxinin məşhur təamlarını çatdırılmasına başlayıb. Lakin onun bu biznesi uzun sürməyib (sosial şəbəkələrə əsasən, cəmi üç aya yaxın). Hüseyn çatdırılmanı bağlayıb və ortaqlarına "atıb".

"Gusein rolls", Banda Foods MMC-yə qarşı iddia qaldırıb (suşi ilə məşğul olan şirkət idi -red.). Müqavilə üzrə xidmətlərə görə əsas ofisdən 645 min rubl (12 min manat) tələb edirlər. Şirkətin hesabları borclara görə bağlanıb. Məhkəmə icraçıları şirkətdən təxminən 50 min rubl (935 manat) ala biliblər.

Blogerin özü də indi ciddi problemlərlə üzləşib. Həsənovun Federal Vergi Xidmətinə nəhəng borcları var. Hazırda məbləğ 144,5 milyon rubl (2,7 milyon manat) təşkil edir. Son bir neçə həftədir ki, o, borcunu ödəməyə çalışır, lakin 10 milyondan az ödəyə bilib. 
Ötən gün isə Hüseyn Həsənova kimliyi açıqlanmayan bir şəxs tərəfindən lüks "Mercedes" markalı avtomobil hədiyyə edilib.

Milli.Az


Etiketlər:  Hüseyn Həsənovun başı dərddə Məhkəməyə verildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ