Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda ölkənin idarəsi üçün xüsusi komitələr yaradıldı

İranda ölkənin idarəsi üçün xüsusi komitələr yaradıldı

Tarix: 20 May 2024 13:32

İranda Prezident İbrahim Rəisi və XİN rəhbəri Hüseyn Əmir Abdullahianın həlak olması ilə bağlı ölkənin idarə olunması üçün 6 xüsusi hökumət komitəsi yaradılıb. 

Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə hazırda İran Prezidentinin səlahiyyətlərini icra edən Məhəmməd Möhbər qərar qəbul edib.

Bildirilir ki, sözügedən komitələr dünən təsis edilib.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər rəsmilərin olduğu helikopter mayın 19-u qəzaya düşüb. Nəticədə helikopterdə olan sərnişinlər və heyət üzvləri həlak olub.


Etiketlər:  İranda ölkənin idarəsi üçün xüsusi komitələr yaradıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ