Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Quterreş İran Prezidentinin ölümü ilə bağlı başsağlığı verdi

Quterreş İran Prezidentinin ölümü ilə bağlı başsağlığı verdi

Tarix: 20 May 2024 19:32

BMT Baş katibi Antoniu Quterreş İran İslam Respublikasına başsağlığı verib.

Milli.Az report-a istinadən xəbər verir ki, Baş katib helikopter qəzasında insan itkisindən dərin kədərləndiyini bildirib.

"İran İslam Respublikasının Prezidenti İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahianın və onların həmkarları mayın 19-da helikopter qəzasında həlak olublar. Baş katib mərhumların ailələrinə, İran İslam Respublikası hökumətinə və xalqına səmimi başsağlığı verirəm", - Quterreş qeyd edib.

Xatırladaq ki, mayın 19-da İran Prezidenti İbrahim Rəisinin helikopteri İran-Azərbaycan sərhədindən çox da uzaq olmayan Verzeqan şəhəri yaxınlığında sərt eniş edib. Qəzada bütün sərnişinlər və ekipaj üzvləri həlak olub.

Milli.Az


Etiketlər:  Quterreş İran Prezidentinin ölümü ilə bağlı başsağlığı verdi


RƏYLƏR