Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Onu 40 il gözləmişəm''

''Onu 40 il gözləmişəm''

Tarix: 20 May 2024 20:45

"Oğlumla atasının arasında elə sevgi var ki, onları ayırmaq günahdır. Hər bir valideynin də, övladın da haqqı var o hissləri yaşasın. Mən də ata tərəfdən o hissi doyunca yaşamamışam. Həmin hisslərin sonradan verdiyi travmanı, zərbəni yaşamışam. Ona görə də Zeydin ata ilə münasibətinə başqa cür yanaşıram. Valideynlər arasında nə baş verirsə versin, uşaqlar hər iki valideynin sevgisini hiss etməlidir".

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Natavan Həbibi "Qonaqcanlı" proqramında deyib. Sənətçi oğlu Zeydin atası, reper Səid Əliyevlə (Dado) münasibətindən danışıb. 

Natavan bildirib ki, ana olduqdan sonra özünü ikinci plana atıb:

"Hər il ad günü edirdim. Amma indi bu diqqət oğluma yönəlib. Ana olandan sonra həyatımda hər şey dəyişilib. İşdən uzaqlaşmışam. Səbəbdə odur ki, Zeydə vaxtımı ayırım. Onu 40 il gözləmişəm. İstəyirəm bu şirin vaxtlarında yanında olum, ondan doyum. Biz səhər evdən çıxanda, səhərəyaxın qayıdırıq. Ona görə də uzaqlaşıb, uşaqla vaxt keçirirəm. Ən böyük arzum idi ki, övladım və əsas da oğlum olsun.  

İndi istədiyim vaxt evdən çıxıram, istəməyndə otururam uşağımın yanında".


Etiketlər:  gözləmişəm


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ