Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hakan Fidan İran XİN rəhbərinin müavini ilə danışdı

Hakan Fidan İran XİN rəhbərinin müavini ilə danışdı

Tarix: 21 May 2024 07:44

Türkiyə xarici işlər naziri Hakan Fidan və İran xarici işlər naziri vəzifəsini icra edən Əli Bagiri arasında telefon danışığı baş tutub.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, H.Fidan İran Prezidenti İbrahim Rəisi və XİN rəhbəri Hüseyn Əmir Abdullahianın ölümünə dərindən kədərləndiyini bildirib, dost və qardaş İran xalqına başsağlığı verib.

Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.

Milli.Az


Etiketlər:  Hakan Fidan İran XİN rəhbərinin müavini ilə danışdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ