Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2024 09:05
Müğənni Natavan Həbibi "Qonaqcanlı" verilişində illər əvvəl qalmaqal yaşadığı xalq artisti Aygün Kazımova ilə münasibətindən danışıb.
Sonxeber.net teleqraf.com-a istinadən bildirir ki, müğənni aparıcının "Natavan Həbibi ilə Aygün Kazımova arasında soyuq küləklər səngidi" sualına "Yəqin ki...Bu müddət ərzində söz-söhbət unudulmayıbsa, bilmirəm. Aygün Kazımova ilə bir-iki dəfə görüşmüşük. Çoxdandır ki, heç kimlə görüşmürəm. Aygün Kazımova ilə də çoxdandır ki, görməmişəm. Yaşanan söz-söhbətlər mənim üçün unudulub. Mənə də qəribə gəlir ki, niyə yaşanıb. Çox dərinliyə getmişdilər. Mənə keçmişdəki söz-söhbətlər maraqlı deyil. Münasibət səmimi, dürüst olmalıdır. Oyunlar bitməlidir. Oyunlar bitməyibsə, mən də bitirmərəm",-deyə cavab verib.
Qeyd edək ki, illər əvvəl "Nömrə 1" yarışmasında Natavan Həbibinin Aygün Kazımovaya gəlməsi onların münasibətlərini pisləşdirmişdi. İki məşhur arasında qalmaqal yaşanmışdı.