Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeddi ölkədə Rəisiyə görə matəm elan olunub

Yeddi ölkədə Rəisiyə görə matəm elan olunub

Tarix: 21 May 2024 11:28

İranın mərhum Prezidenti İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinin helikopter qəzasında həlak olması ilə əlaqədar yeddi ölkədə matəm elan olunub.

Sonxeber.net report-a istinadən xəbər verir ki, bu barədə məlumatı İran KİV-i yayıb.

Bildirilib ki, İranda beş, Suriya və Livanda üç, Tacikistanda iki, İraq, Türkiyə, Hindistan və Pakistanda bir günlük matəm elan olunub.

Mayın 19-da göyərtəsində İran prezidentini İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinin olduğu helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində helikopterdəkilərin hamısı həlak olub.


Etiketlər:  Yeddi ölkədə Rəisiyə görə matəm elan olunub


RƏYLƏR