Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Erməni deputat: Koçaryanın hakimiyyət mübarizəsi gülüş doğurur

Erməni deputat: Koçaryanın hakimiyyət mübarizəsi gülüş doğurur

Tarix: 21 May 2024 13:24

Robert Koçaryanın hakimiyyət uğrunda mübarizəsi nəinki müqəddəs sayılmır, hətta gülüş doğurur.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Ermənistanın hakim partiyasının deputatı Vaaqn Aleksanyan deyib.

O bildirib ki, müxalifətin 2021-ci ildən rəhbər tutduğu ritorika dəyişməyib.

Aleksanyanın sözlərinə görə, müxalifətin Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyası prosesinin 1969-cu ilə aid xəritələr əsasında həyata keçirilməsinə irad tutmağa haqqı yoxdur:

"Onlar unudur ki, təklif etdikləri 1974-1979-cu illərə aid xəritələr də məhz 1969-cu ilin xəritəsinin əsasında hazırlanıb. Müxalifətin bunu bilərək ictimaiyyətdə narazılıq yaratmaq cəhdləri anlaşılan deyil. Daşnak ideologiyasına sahib olan bu adamlar Rusiyanın tərəfdarı olan şəxsin diktəsi ilə hərəkət edir. 2023-cü ildə Rusiya tərəfdarı olan bir şəxs deyirdi ki, hamının Qalstanyan soyadı ilə tanıdığı Baqrat Srbazan Baş nazir postuna namizəd olmalıdır. İndi isə 130 illik tarixə malik partiya bu ideyanı reallaşdırır", - o deyib.

Milli.Az


Etiketlər:  Erməni deputat Koçaryanın hakimiyyət mübarizəsi gülüş doğurur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ