Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı - Yeni detallar

Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı - Yeni detallar

Tarix: 22 May 2024 07:32

İran Prezidenti İbrahim Rəisini müşayiət edən helikopterdə olan Aparat rəhbəri Qulamhüseyn İsmaili prezident helikopterinin qəzaya uğramasının yeni təfərrüatları barədə danışıb.

Sonxeber.net qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə İRNA-da məlumat yayılıb.

O bildirib ki, uçuş zamanı hava şəraiti əlverişli olub, bulud örtüyü məhdud ərazidə qeydə alınıb:
Ətraflı

"Günorta saat bir radələrində heç bir dəyişkən hava şəraiti olmadığı üçün aydın havada Təbrizə uçuş başladı. Təxminən 45 dəqiqəlik hərəkətdən sonra mədən yaxınlığındakı dərədə bulud ləkəsi müşahidə olunurdu. Prezidenti daşıyan helikopterin pilotu səhra komandiri kimi digər pilotlara bildirirdi ki, buludlardan yuxarı çatmaq lazımdır, buna görə yüksəkliyə qalxmalıdırlar. Ortadakı helikopter Prezidenti aparırdı. Bizim pilotumuz 30 saniyə buludların üzərində yol gedəndən sonra ortadakı helikopterin olmadığını başa düşdü".

Onun sözlərinə görə, ortadakı helikopter yuxarı qalxmadığı üçün özünün olduğu helikopterin pilotu geri qayıtdı:

"Ondan geri qayıtmağının səbəbini soruşanda ortadakı helikopterin gəlmədiyini dedi. Biz qayıdaraq onları tapmaq qərarına gəldik. Bulud olan bu hissədə aşağını görə bilmirdik, buludun altına qayıtmaq mümkün deyildi. Heç bir radio rabitəsi qurmaq cəhdimiz mümkün olmadı. Bir-iki dəqiqədən sonra Süngün mis mədəninə endik və məsələni müşahidə etməyə başladıq".


Etiketlər:  Rəisinin helikopterinin qəzaya uğraması ilə bağlı Yeni detallar


RƏYLƏR