Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

FTB ilə bağlı QALMAQALLI iddia: "Trampı öldürmək üçün "yaşıl işıq" verilib" - FOTO

FTB ilə bağlı QALMAQALLI iddia:

Tarix: 22 May 2024 13:46

"Federal Təhqiqatlar Bürosu (FTB) Trampı Floridadakı evində öldürməyi planlaşdırırdı".

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu iddia ilə ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Marcori Teylor Qrin çıxış edib.

O, bununla bağlı "X" hesabında paylaşım edib.

"Baydenin Ədliyyə Nazirliyi və Federal Təhqiqat Bürosu Prezident Donald Trampı öldürməyi planlaşdırırdı və bunu etmək üçün onlara "yaşıl işıq" verilmişdi", - deyə Marcori Teylor Qrin bildirib.

Respublikaçı konqresmen bu barədə 2022-ci ildə Trampın Mar-a-Laqo iqamətgahında axtarış apararkən FTB agentlərinin odlu silahlarının olduğu və bu silahlardan istifadə etmək icazələrinin olduğuna dair xəbərlərdən sonra bəyanat verib.

Milli.Az


Etiketlər:  FTB ilə bağlı QALMAQALLI iddia Trampı öldürmək üçün yaşıl işıq verilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ