Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2024 17:46
Filippinin Uşaq Baxımı üzrə Milli İdarəsi (NACC) 2023-cü ildən sosial media hesabatlarını izləyir. Qurum apardığı araşdırma zamanı 20-30 "Facebook" hesabının uşaq alveri ilə məşğul olduğunu müəyyən edib.
Sonxeber.net sfera.az-a istinadən xəbər verir ki, bu barədə "Ntv Haber" məlumat yayıb.
NACC İcraçı Direktorunun müşaviri Janella Estrada deyib ki, bu "Facebook" səhifələri minlərlə izləyicisi olan şəxsi hesablardır.
"Biz fevral ayından etibarən bu qanunsuz fəaliyyətə son qoymaq üçün Filippin Milli Polisi ilə koordinasiyalı şəkildə fəaliyyət göstəririk. Uşaq alveri ilə məşğul olan şəxslərin layiqli cəza alması üçün tədbirləri davam etdiririk".