Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Türkiyədə bu proqramlara xəbərdarlıq edildi

Türkiyədə bu proqramlara xəbərdarlıq edildi

Tarix: 23 May 2024 14:12

RTÜK-ün (Türkiyədə Radio və Televiziya Ali Şurası) sədri Ebubekir Şahin ölkədə yayımlanan gündüz proqramlarına xəbərdarlıq edib.

Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, onun sözlərinə görə, gündüz saatlarında yayımlanan proqramlarda dəyişikliklər edilməyəcəyi təqdirdə cəza və cərimələr tətbiq olunacaq.

"Sosial proqramlar və seriallar bizim ən çox nəzarət etdiymiz sahədir. Evlilik proqramları qaldırıldı, yerinə başqa şeylər yayımlandı. Türkiyədə ən çox pul gətirən, əyləndirən, reytinq yığan gündüz vaxtı proqramlardır. Burada qadının təhsili, işi, uşaqlara qulluq kimi şeylər təbliğ olunana qədər davam edəcəyik. Bu cür proqram və serialları çox cəzalandırdıq, onlarda ölçü anlayışı yoxdur. Burada xalqın da üzərinə yük düşür, izləməyəcək. RTÜK olaraq son həddəyik. Belə proqramlarla bağlı son qərarlardır, çünki artıq dözə bilmirik. Ya özlərini toparlayacaqlar, ya da biz lazım olanı edəcəyik. Seriallarla isə lazım olanı edirik",


Etiketlər:  Türkiyədə proqramlara xəbərdarlıq edildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ