Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti
Tarix: 23 May 2024 21:38
Rusiya Müdafiə Nazirliyinin Dövlət Təchizatları Departamentinin zabiti Vladimir Verteletski saxlanılıb.
Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə "İzvestiya" məlumat yayıb.
Verteletski külli miqdarda rüşvət almaqda şübhəli bilinir.
Xatırladaq ki, bu gün Rusiya Silahlı Qüvvələrinin Rabitə Baş İdarəsinin rəisi - Baş Qərargah rəisinin müavini general-leytenant Vadim Şamarin də həbs olunub. O, da külli miqdarda rüşvət almaqda ittiham edilir.
Milli.Az