Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2024 22:30
Putin Rusiyada Amerika mülkiyyətindən istifadəyə icazə verdi.
Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, sanksiyalardan dəyən zərərin ödənilməsi üçün ABŞ-dan olan şəxslərin aktivlərinə həbs qoyulması imkanı təsdiqlənib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin ABŞ-ın qeyri-dost hərəkətləri ilə əlaqədar Rusiya və Mərkəzi Banka dəymiş zərərin ödənilməsinin xüsusi proseduru haqqında fərman imzalayıb. Qiymətli kağızlar da daxil olmaqla, ABŞ vətəndaşlarına məxsus olan və kompensasiya üçün istifadə edilə bilən əmlak hökumət komissiyası tərəfindən müəyyən ediləcək.
Bundan sonra rusiyalı aktiv sahibləri ABŞ-da "əsassız olaraq mülkiyyət hüquqlarından məhrumetmə" faktının müəyyən edilməsi tələbi ilə məhkəməyə müraciət edə biləcəklər. Öz növbəsində, məhkəmə ölkədəki Amerika əmlakının siyahısını tələb edəcək və "mütənasiblik prinsipini nəzərə alaraq" ixtisaslaşmış komissiya zərərin ödənilməsi üçün ələ keçirilə bilən aktivləri müəyyənləşdirəcək.