Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyəli fermerdən Azərbaycanla bağlı maraqlı addım - FOTOlar

Türkiyəli fermerdən Azərbaycanla bağlı maraqlı addım - FOTOlar

Tarix: 24 May 2024 19:56

Türkiyənin Marmara bölgəsinin Kırklareli kəndində yaşayan fermer maraqlı addımı ilə diqqət çəkib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, fermer Burak Tunçkol öz tarlasında "Azərbaycan, Cümhuriyyət bayramın mübarək olsun", - yazıb. 

B.Tunçkol bunu Azərbaycanın müstəqilliyinin 106-cı ildönümünü münasibətilə etdiyini bildirib.

"İşim təxminən 4 saat davam etdi. Burada məqsədimiz türklərin birliyini, Azərbaycan və Türkiyənin hər zaman bir olduğunu dünyaya çatdırmaqdır", - fermer qeyd edib.

Fermer bunu serial aktyoru Melikşah Özenin dəstəyi ilə edib. 

Traktoruna Türkiyə və Azərbaycan bayraqları asan Tunçkol torpaqda yazını da şumlama ilə yazıb. Aktyor Özen də əlində Türkiyə və Azərbaycan bayraqları ilə tarlada at belində gəzərək bayrama öz töhfəsini verib.

Tunçkol Özenin çəkdiyi "Qarabağ zəfəri" qısametrajlı filmini Azərbaycan Prezidenti İlham Əliyevə çatdırmaq istədiklərini qeyd edib.

Milli.Az


Etiketlər:  Türkiyəli fermerdən Azərbaycanla bağlı maraqlı addım FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ