Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 May 2024 22:10
Antalyada xərçəng xəstəliyindən müalicə olunan Cəmil Şimşək müalicədən sonra ağaran saç və saqqalının qaraldığını görüb.
Sonxeber.net unikal.az-a istinadən xəbər verir ki, o, iki il əvvəl qarın ağrısı şikayəti ilə Antalya Təhsil və Araşdırma Xəstəxanasına müraciət edib. Müayinələrdə bağırsaq xərçəngi diaqnozu qoyulub. Müalicəsi başlanan Şimşəkin bağırsağının xərçəngli hissəsi əməliyyatla çıxarılıb və kimyaterapiya tətbiq edilib. Kimyaterapiya davam edərkən, Şimşək dərman müalicəsinə başlayıb. Bir müddət sonra onun saçları, saqqalı və bədən tükləri tökülüb. Müalicəsi başa çatdıqdan sonra bədənində dəyişikliklər müşahidə edən Şimşək saç və saqqalının uzanması ilə təəccüblənib. Xərçəng müalicəsindən əvvəl daha çox ağ olan saqqalı və saçları qaralıb və o daha gənc görünməyə başlayıb.