Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Makron 24 ildə ilk dəfə bunu edən Fransa lideri olacaq

Makron 24 ildə ilk dəfə bunu edən Fransa lideri olacaq

Tarix: 26 May 2024 09:38

Fransa Prezidenti Emmanuel Makron ikitərəfli əməkdaşlığı müzakirə etmək üçn Almaniyaya səfər edəcək.

Milli.Az APA-ya istinadən bildirir ki,  bu barədə Yelisey Sarayı məlumat yayıb.

Bu gün başlayan səfər mayın 28-dək davam edəcək.

Bildirilib ki, səfərdə iyunun 9-da Avropa Parlamentinə keçiriləcək seçki ərəfəsində Avropanın suverenliyini gücləndirilməsi istiqamətində müzakirələr aparılacaq.

Fransa mediasının qeyd etdiyi kimi, səfərdə ilk növbədə məqsəd geniş spektrli məsələlər üzrə mütəmadi olaraq yaranan fikir ayrılıqları fonunda Almaniya ilə münasibətləri canlandırmaq olacaq.

Bu, Fransa liderinin son 24 ildə Almaniyaya ilk dövlət səfəridir.

Milli.Az


Etiketlər:  Makron 24 ildə ilk dəfə bunu edən Fransa lideri olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ