Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2019 01:10
Bakı. Trend:
Noyabrın 23-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Dizayn Forumu keçiriləcək.
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin dəstəyi ilə baş tutacaq forumda dizayn sahəsində ölkənin aparıcı mütəxəssisləri öz bilik və təcrübələrini paylaşacaqlar. Forumun əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən dizaynerləri bir araya gətirmək, təcrübə mübadiləsi və müzakirələr aparmaq və bu məsələlərdə ən innovativ yanaşmaları bölüşməkdir.
Forumda həmçinin, Bakı şəhərinin UNESKO-nun “Yaradıcı Şəhərlər Şəbəkəsi”nə daxil edilməsi və Azərbaycan Dizayn Şurasının yaradılması müzakirə olunacaqdır.
Tədbir media nümayəndələri üçün açıq formada keçiriləcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin