Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2024 07:10
Okeaniyanın Polineziya subregionunda yerləşən Tonqa Krallığının sahilində 6,6 maqnitudalı zəlzələ olub.
Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Mərkəzin verilənlərinə görə, təbiət hadisəsinin episentri krallığın paytaxtı Nukualofadan 191 km şimalda olub. Zəlzələnin ocağı 140 km dərinlikdə yerləşib.
Tələfat və dağıntı barədə məlumat verilməyib. Regionda sunami təhlükəsi elan olunmayıb.