Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Eldarı paylaşımına görə peşman etdilər: "Uğursuz, istefa ver" - FOTO

Eldarı paylaşımına görə peşman etdilər:

Tarix: 27 May 2024 15:10

"Avroviziya 2011" qalibi Eldar Qasımov uzun fasilədən sonra yeni fotosunu yayımlayıb. 

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, "Avroviziya 2024"də təmsilçilərin finala vəsiqə qazanmaması tənqid edilib. Sosial şəbəkə istifadəçiləri isə bu uğursuzluqda yarışmanın Azərbaycan üzrə musiqi prodüseri olan Eldarı günahlandırıblar. İstifadəçilər onun vəzifəsindən istefa verməsini istəyib. 

Ötən gün yeni fotosunu yayımlayan ifaçı yenə tənqid edilib. İstifadəçilər E.Qasımova "Eldar, istefa", "Zövqsüzlük abidəsi, istefa et" kimi şərhlər yazılıb. 

Qeyd edək ki, Azərbaycanı yarışmada Fahree və İlkin Dövlətov "Özünlə apar" mahnısı ilə təmsil edib. Onlar finala vəsiqə qazana bilməyiblər. 

Milli.Az


Etiketlər:  Eldarı paylaşımına görə peşman etdilər Uğursuz istefa ver FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ