Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Argentina 17 ''siyasi'' səfirini geri çağırıb

Argentina 17 ''siyasi'' səfirini geri çağırıb

Tarix: 23 Noyabr 2019 04:28

Bakı. Trend:

Argentinada Maurisio Makrinin hökuməti ölkənin 17 diplomatik nümayəndəsini geri çağırıb.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, diplomatik nümayəndələr hazırki prezidentin səlahiyyətlərinin başa çatdığı gün - 10 dekabra qədər istefaya getməlidirlər.

Rəsmi bülletendə dərc edilmiş rəfmanda deyilir: "Adları çəkilən vəzifəli şəxslər 2019-cu ilin 9 dekabr tarixində ölkə ərazisinə qayıtmalıdırlar".

Bildirilir ki, Argentinanın Boliviyada, Kolumbiyada, Çilidə, Ekvadorda, Meksikada, Peruda, Uruqvayda, Kosta-Rikada, İspniyada, Portuqaliyada, Çində və ABŞ-da yerni səfirləri təyin olunacaq.

Digər fərmanla Argentinanın Vatikandakı nümayəndəsi də geri çağırılıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Argentina siyasi səfirini geri çağırıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ