Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 May 2024 23:42
Azərbaycan həmişə İnkişaf etməkdə olan kiçik ada dövlətləri ilə həmrəy olub, onların legitim maraqlarını və narahatlıqlarını müdafiə edib.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Kiçik Adalar üzrə İnkişaf etməkdə olan Dövlətlərin "Dayanıqlı inkişaf üçün istiqamətin müəyyən olunması" mövzusunda Antiqua və Barbudada keçirilən 4-cü Beynəlxalq Konfransının iştirakçılarına müraciətində yer alıb.
Azərbaycanın Qoşulmama Hərəkatına dörd illik sədrliyi dövründə Hərəkatın gündəliyinin irəli aparılması üçün səy göstərdiyini vurğulayan dövlətimizin başçısı qeyd edib: "Qoşulmama Hərəkatına sədrlik Azərbaycana təşkilatın bütün üzv dövlətlərinin, o cümlədən İnkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarını və narahatlıqlarını daha yaxşı anlamaq üçün imkan yaratdı".