Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2024 08:02
İsrail Müdafiə Qüvvələrinin onlarla fələstinlinin ölümünə səbəb olan Rəfahdakı çadır düşərgəsinə endirdiyi zərbə ilə əlaqədar BMT Təhlükəsizlik Şurası mayın 28-də fövqəladə iclas keçirəcək.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə TASS-a Təhlükəsizlik Şurasındakı diplomatik mənbə məlumat verib.
Görüş qapalı məsləhətləşmələr formatında keçiriləcək.
"Qapalı məsləhətləşmələr Əlcəzairin tələbi ilə axşam keçiriləcək", - mənbə bildirib.
Mayın 27-nə keçən gecə İsrail hərbçiləri Rəfahı vurub.
Ən azı səkkiz raket BMT-nin Fələstinli Qaçqınlara Yardım və İş üzrə Agentliyinin Yaxın Şərqdəki anbarının yanında qurulan Tell-əs-Sultan bölgəsindəki çadır düşərgəsinə düşüb.
Çadır şəhərciyində yanğın baş verib.
Hücum nəticəsində azı 40 nəfər həlak olub.
İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti, Baş Qərargahın faktaraşdırma aparatının Rafah zərbəsi bölgəsində mülki şəxslərin ölüm halları ilə bağlı araşdırmaya başladığını bildirib.