Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Helikopter qəzasından sağ çıxan yeganə şəxs - FOTO

Helikopter qəzasından sağ çıxan yeganə şəxs - FOTO

Tarix: 28 May 2024 13:24

Mayın 19-da İbrahim Rəisi və başqalarını daşıyan helikopterin qəzaya uğramasından sonra cangüdənin sağ olduğunu sübut edən fotosu yayılıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, o, Məşhəddə İmam Rzanın ziyarətgahında iştirak etdiyi yas mərasimində görüntülənib.

Bundan əvvəl adı və şəkli helikopter qəzasında həlak olan 9 nəfərin siyahısına salınan İbrahim Rəisinin cangüdəni SEPAH-ın "Əlmehdi" Xüsusi Qüvvələrinin zabiti Cavad Mehrabidir.

Qeyd edək ki, qəzaya uğrayan helikopterlə bağlı yayılan və uzaqdan çəkilmiş ilk video və fotolarda qəza yerində bir şəxsin olduğu görünürdü.

Milli.Az


Etiketlər:  Helikopter qəzasından sağ çıxan yeganə şəxs FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ