Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyalı qadın Türkiyədə hoteldə öldü

Rusiyalı qadın Türkiyədə hoteldə öldü

Tarix: 28 May 2024 19:54

Türkiyənin  Antalya vilayətində rusiyalı qadın hotel otağında ölü tapılıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə "Sabah" qəzeti yazıb.

Alanyanın Karqıcak rayonundakı hotel işçiləri 39 yaşlı Aleksandra Teplyakovanın uzun müddətdir otağından çıxmadığını biləndə narahat olublar. Onlar qapını açıb içəri daxil olanda qadının hərəkətsiz olduğunu görüblər.

Ölən turistin meyiti məhkəmə-tibb ekspertizası üçün Antalyaya göndərilib. Hazırda yoxlama aparılır.

Milli.Az


Etiketlər:  Rusiyalı qadın Türkiyədə hoteldə öldü


RƏYLƏR