Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Diplomlar şadlıq evinə işləyir”

“Diplomlar şadlıq evinə işləyir”

Tarix: 30 May 2024 10:00

Əməkdar artist Teymur Əmrah müəllimlik fəaliyyətini sonlandırıb.

Sonxeber.net olay-a istinadən bildirir ki, sənətçi "7 tamam" verilişində aparıcı Nanə Ağamalıyevanın "Tələbələriniz yenə varmı" sualını cavablandırıb və bu addımının səbəbini açıqlayıb.

"Mən müəllimlik fəaliyyətinə son demişəm. Çünki Azərbaycanın mədəniyyət sahəsinə aid olan ali məktəblərinin diplomları şadlıq evinə işləyir. Ona görə də mən istəmirəm, gələcəkdə ensiklopediyada yazsınlar ki, əsrin bu ilindən bu ilinə qədər bu pedaqoqlar, müəllimlər toyxanaya kadr hazırlayıblar. Mənim beş tələbəm Əməkdar artist, bir tələbəm Xalq artistidir. İki tələbəmi ulu öndər Heydər Əliyev qızıl kitaba salıb. Prezident mükafatçılarıdır. Bura qədər bəsdir. Bundan sonra nə olacaq, Allah şəfa versin, kömək olsun", - deyə, o, söyləyib.


Etiketlər:  Diplomlar şadlıq evinə işləyir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ