Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çin bu bloqerləri sosial şəbəkələrdə bloklamağa başlayıb

Çin bu bloqerləri sosial şəbəkələrdə bloklamağa başlayıb

Tarix: 30 May 2024 20:42

Çində dəbdəbəli həyat tərzləri ilə tanınan onlayn inflyuenserlər bahalı həyat tərzi nümayiş etdirdiklərinə görə hökumətin basqısı fonunda sosial mediada yoxa çıxmağa başlayıblar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, qeyd olunub ki, lüks həvəskarlarından biri olan Van Hunsüan Pekində yeddi mülkə sahib olduğunu və heç vaxt 10 milyon yuandan (1,38 milyon dollar) aşağı paltar geyinərək evdən çıxmadığını iddia edib. Lakin internetdə yerləşdirdiyi və həqiqiliyini yoxlamaq mümkün olmayan videolarda onun qulluqçuları, çoxsaylı "Hermes" çantaları və aldığı bahalı idman avtomobilləri əks olunub.

Çərşənbə axşamı onun "TikTok"un çin versiyası olan "Douyin"dəki hesabı 4,3 milyon izləyicisi üçün bloklanıb. Həmçinin oxşar məzmun yerləşdirən milyonlarla izləyicisi olan digər internet istifadəçilərinin "Douyin" hesabları da dayandırılıb.

Qeyd edək ki, ölkənin internet tənzimləyicisi olan Çinin Dövlət İnternet İnformasiya İdarəsi aprel ayında "izləyiciləri və trafiki cəlb etmək üçün pul üzərində qurulmuş dəbdəbəli həyatı nümayiş etdirərək "zəngin insan" imici yaradan ictimai düşüncə liderlərinə qarşı mübarizə kampaniyası elan edib.

Milli.Az


Etiketlər:  Çin bloqerləri sosial şəbəkələrdə bloklamağa başlayıb


RƏYLƏR