Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı istiqamətində nəql edilməsi planlaşdırılan neftin həcmi

Bakı istiqamətində nəql edilməsi planlaşdırılan neftin həcmi

Tarix: 31 May 2024 07:36

"KazTransOil" (Qazaxıstanın əsas neft kəmərinin milli operatoru) 2024-cü ildə Azərbaycan ərazisindən sonrakı ixrac üçün Aktau limanına 1,5 milyon ton neft göndərəcək.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, "KazTransOil" şirkətindən bildirilib.

"2024-cü ildə Aktau limanı vasitəsilə Bakı (Bakı-Tiflis-Ceyhan) istiqamətində 1,5 milyon tona qədər neftin nəqli planlaşdırılır", - deyə qeyd olunub.

Eyni zamanda, mənbənin məlumatına görə, 2024-cü ilin birinci rübündə Aktau limanı vasitəsilə Bakı istiqamətində 355 min ton neft daşınıb.

Qeyd edək ki, 2023-cü ilin sonunda "KazTransOil" şirkətinin imkanlarından istifadə etməklə Aktau limanında tankerlərə neftin yüklənməsi 3,376 milyon ton, o cümlədən Bakı-Tiflis-Ceyhan istiqamətində 1,057 milyon ton təşkil edib. Ümumilikdə, 2023-cü ildə Qazaxıstan BTC ilə 1,392 milyon ton neft nəql edib ki, bu da 2022-ci illə müqayisədə 5,5 dəfə çoxdur.

Xatırladaq ki, 2022-ci ildə Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev Transxəzər dəhlizi ilə neft nəqlinin həcminin artırılması barədə göstəriş verib. Bu göstərişə uyğun olaraq "KazMunayQaz" SC və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Tengiz" yatağından Bakı-Tiflis-Ceyhan neft boru kəməri istiqamətində ildə 1,5 milyon ton neftin nəqlini nəzərdə tutan saziş bağladılar.

Bundan əlavə, Qazaxıstan prezidenti Qasım-Jomart Tokayevin martın 11-12-də Azərbaycana səfəri zamanı "KazMunayQaz" və SOCAR BTC ilə neft nəqlinin həcminin ildə 2,2 milyon tona çatdırılması haqqında saziş imzalayıblar.


Etiketlər:  Bakı istiqamətində nəql edilməsi planlaşdırılan neftin həcmi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ