Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2024 14:22
Almaniya hökuməti Ukrayna ordusuna verdiyi silahların istifadəsinə qoyulan məhdudiyyətləri ləğv edib. Belə ki, Almaniya Ukraynaya verdiyi silahlarla Rusiya ərazisindəki hədəflərə zərbə endirməyə icazə verib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Almaniya hökumətinin mətbuat katibi Şteffen Gebeştrayt açıqlayıb.
Onun sözlərinə görə, Rusiya son həftələrdə Xarkov yaxınlığında mövqelərdən hücumlar təşkil edir: "Düşünürük ki, Ukrayna beynəlxalq hüquqa uyğun olaraq bu hücumlardan özünü müdafiə etmək hüququna malikdir".
Qeyd edək ki, bundan əvvəl Almaniya Kansleri Olaf Şolts Rusiya ərazisinə hücumlar endirməyin əleyhinə olduğunu dəfələrlə bildirib. Məhz buna görə o, bir neçə dəfə Ukraynaya "Taurus" qanadlı raketlər verilməsinə qarşı çıxıb.