Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qazaxıstan neftinin Azərbaycandan tranziti məsələsi müzakirə olunub

Qazaxıstan neftinin Azərbaycandan tranziti məsələsi müzakirə olunub

Tarix: 1 Iyun 2024 00:24

Mayın 31-də Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Qazaxıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Alim Bayel ilə görüşüb.

Sonxeber.net xəbər verir ki, bu barədə SOCAR-ın mətbuat xidmətindən bildirilib.

Görüşdə Azərbaycanla Qazaxıstanın bütün istiqamətlərdə, o cümlədən enerji sektorunda uğurlu əməkdaşlıq etdikləri məmnunluqla qeyd olunub. Bu xüsusda, SOCAR ilə Qazaxıstan şirkətləri arasında əlaqələrin dinamik inkişaf etdiyi diqqətə çatdırılıb.

Görüşdə SOCAR ilə "KazMunayQaz" şirkəti arasında əməkdaşlığın cari vəziyyətinə, Qazaxıstan neftinin Azərbaycan ərazisi ilə tranzitinə, hasilat layihələrində əməkdaşlıq imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.


Etiketlər:  Qazaxıstan neftinin Azərbaycandan tranziti məsələsi müzakirə olunub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ