Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyun 2024 08:52
Pakistanın nüvə silahı regionda sülhün təminatı, çəkindirici faktor və qüvvələr balansının sütunudur.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bunu Pakistan müdafiə naziri Xavaca Asif deyib.
Asif ölkəsinin nüvə qabiliyyətinin təcavüzdən çəkindirən və milli suverenliyi qoruyan etibarlı müdafiə tədbiri olaraq qaldığını söyləyib.
Nazir əlavə edib ki, ölkəsi milli təhlükəsizliyə qarşı istənilən təhdidə cavab verəcək və ölkəyə istənilən hücum təcavüzkar üçün ağır nəticələrə səbəb olacaq.