Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İƏT ölkələri turizmin üç növünün gələcək inkişafı ilə bağlı razılığa gəliblər

İƏT ölkələri turizmin üç növünün gələcək inkişafı ilə bağlı razılığa gəliblər

Tarix: 2 Iyun 2024 20:50

İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin turizm departamentlərinin rəhbərlərinin iştirakı ilə 2024-cü ildə İslam dünyasının turizm şəhəri elan olunan Özbəkistanın Xivə şəhərində İslam Konfransının turizm Nazirlərinin XII sessiyası keçirilib.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bunu Özbəkistanın ekologiya, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi naziri Aziz Abduhakimov tədbirin yekunları üzrə keçirilən mətbuat konfransında deyib.

Sessiya zamanı üzv ölkələr ziyarət, müalicə və ekoloji turizmin hərtərəfli inkişafı, həmçinin turizm xidmətlərinin standartlaşdırılması və turizm sənayesi üçün kadrların hazırlanması ilə bağlı bir sıra praktiki qərarlar qəbul ediblər.

İştirakçılar 2025, 2026 və 2027-ci illər üçün İslam dünyasının turizm şəhərləri kimi Dakar (Seneqal), Qahirə (Misir) və Lahoru (Pakistan) seçiblər.

Sessiyada Azərbaycan, Türkmənistan, Tacikistan, Seneqal, Somali, Uqanda, Banqladeş, Misir, Liviya, Oman, BƏƏ və digər İƏT ölkələrinin turizm departamentlərinin rəhbərləri, bəzi beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.


Etiketlər:  İƏT ölkələri turizmin üç növünün gələcək inkişafı ilə bağlı razılığa gəliblər


RƏYLƏR