Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pula görə qardaşını öldürdü

Pula görə qardaşını öldürdü

Tarix: 3 Iyun 2024 19:14

İstanbulun Arnavutköy səmtində qardaşlar arasında dava baş verib.

Milli.Az unikal-a istinadən xəbər verir ki, iki qardaş atalarına paltaryuyan maşın almaq üçün ailə arasında pul toplayıblar.

Pulun üstündə şifahi mübahisədən sonra qardaşlar söhbət etmək üçün parkda görüşüblər. Görüş zamanı onların arasında mübahisə yaranıb və davaya çevrilib. 

Bir-birinə hücum edən qardaşlardan biri S.T böyük qardaşı Cəmil T.-ya çoxsaylı bıçaq zərbəsi vurub. Hadisə nəticəsində  Cəmil. T dünyasını  dəyişib. S. T isə qısa zamanda polis tərəfindən saxlanılıb. 

Milli.Az


Etiketlər:  Pula görə qardaşını öldürdü


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ