Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mətanətin keçmiş gəlini : “Qayınanam mənə ev alıb” – VİDEO

Mətanətin keçmiş gəlini : “Qayınanam mənə ev alıb” – VİDEO

Tarix: 3 Iyun 2024 19:35

Əməkdar artist Mətanət İsgəndərli illərdir ki, qalmaqal yaşadığı keçmiş gəlini Cananaya (Aynur Vaqifqızı) ev alıb. 

Sonxeber.net bizim.media-ya istinadən bildirir ki, bu haqda Canana qonaq olduğu "Elgizlə izlə" ictimai-sosial verilişində danışıb. 

"Mən hər zaman Mətanət xanımın hörmətini saxlayıram. O mənim anamdır. Artıq mən Mətanət xanımın evində qalıram. Uşaqlarımın yanındayam. Bizə Mətanət xanım ev də alıb. Sağ olsun! Kaş ki, onunla aramızda bu kimi söhbətlər olmazdı. Lənət şeytana!", - deyə Canana vurğulayıb. 

Qeyd edək ki, M.İsgəndərlinin oğlu Kərim və keçmiş gəlini Canana 2021-ci ilin oktyabr ayında rəsmi olaraq boşanıblar. Onların üç övladı isə anadan alınaraq, ataya verilmişdi. Canana daha sonra Apellyasiya Məhkəməsinə müraciət edərək övladlarının qəyyumluğunu ataları Kərimdən alıb. Uşaqlar hazırda M.İsgəndərli ilə birlikdə yaşayır. Kərim isə ikinci dəfə ailə qurub və bir övladı var. 


Etiketlər:  Mətanətin keçmiş gəlini Qayınanam mənə alıb VİDEO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ