Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Iyun 2024 21:54
Ölməyib, amma həqiqətən də ağır vəziyyətdədir, xəstədir və hazırda xüsusi diqqətə ehtiyacı var. Onu qaçıranların məqsədi idarəçilik hüququnu özlərində saxlamaqdır. Hətta onu öz qardaşına da göstərmirlər.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri FETÖ lideri Fətullah Gülənin ölümü, yaxud qaçırılması ilə bağlı yayılan xəbərlər haqda danışan qardaşı oğlu Əbusələmə Gülən "İstiqlal" qəzetinə açıqlamasında deyib.
FETÖ-nün çevriliş cəhdində əsas rolu olan qaçaq Adil Öksüzlə bağlı sualı cavablandıran Gülən bildirib:
"Adilin Almaniyada olduğunu təxmin edirəm. Onun Avropada olduğu dəqiqdir. Dəqiq desəm, mənim fikrimcə belədir. Məncə, onu avtomobil yolu ilə Gürcüstandan Avropaya keçirdilər".
Qeyd edək ki, bir neçə gün öncə Gülənin qaçırıldığı haqda məlumat yayılmışdı.