Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mbappe Madridə bu gözəllə köçəcək - FOTOlar

Mbappe Madridə bu gözəllə köçəcək - FOTOlar

Tarix: 5 Iyun 2024 02:04

Ötən gün PSJ-ni "Real"a dəyişən Kilian Mbappenin uğurlu karyerası olsa da, şəxsi həyatı eyni deyil.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, o, gənc yaşlarından tez-tez qalmaqallarla gündəmə gəlib. Daim Fransanın şou nəşrlərinin manşetlərində yer alıb.

2022-ci ilin yayının sonunda media Mbappenin "Playboy"un tarixində üz qabığında ilk transgender model olan Ines Rau ilə görüşdüyünü yazmışdı.

Bu münasibət zamanı Kilian Rouz adlı qadın ilə tanış olur və onunla eşq macərasına başlayır. Maraqlısı budur ki, model Rouz Bertram PSJ-nin keçmiş futbolçusu, qısa müddət Mbappe ilə komanda yoldaşı olmuşu Qreqori van der Vielin sevgilisi olub. Cütlüyün hətta 2 övladı var.

28 yaşlı Bertram 14 yaşından modellik biznesində çalışır. O, ABŞ-ın "Sports Illustrated" jurnalı üçün üzgüçülük şousunda iştirak edən ilk belçikalı olub. Onların Madriddə bir arada yaşayacağı iddia edilir.

O, karyerası ərzində H&M, "L'Oréal", "Hunkemöller", "Primark" və "Agent Provocateur" kimi brendlərin reklam kampaniyalarının siması olub.

Onların münasibətləri hələ də davam edir. Baxmayaraq ki, bunu mətbuatdan gizlətməyə çalışırlar.

Milli.Az


Etiketlər:  Mbappe Madridə gözəllə köçəcək FOTOlar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ