Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycanlılar və dağıstanlılar sırğa taxan oğlanı döydülər

Azərbaycanlılar və dağıstanlılar sırğa taxan oğlanı döydülər

Tarix: 5 Iyun 2024 12:56

Rusiyanın Moskva şəhərində qafqazlılar yeniyetməni qulağındakı sırğaya görə vəhşicəsinə döyüblər.

Milli.Az lent.az-a istinadən bildirir ki, onlar arasındakı münaqişə bir-iki saat davam edib. Eyni zamanda hadisə yerinə polis çağırılmayıb. 

Şahidlərin dediyinə görə, dava iyunun 2-nə keçən gecə Solntsevoda baş verib.

"İki dağıstanlı və iki azərbaycanlı bir qrup yeniyetmə ilə onlardan birinin sırğa taxdığı üçün kütləvi dava edib. Münaqişə zamanı böyüklər yeniyetmələrə kömək etmək üçün həyətə giriblər. Nəticədə qafqazlılar bir yeniyetmənin çənəsini, bir yetkinin burnunu sındırıblar", - şahidlər deyir.

KİV-in məlumatına görə, hücum edənlərdən birinin adı Aslandır. Heç kim dava yerinə polis çağırmayıb.

Milli.Az


Etiketlər:  Azərbaycanlılar dağıstanlılar sırğa taxan oğlanı döydülər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ