Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 May 2019 14:16
Bakı. Elçin Mehdiyev - Trend:
İsmayıllıda sığortalanmayan evlərin sayı 80 faizdən çoxdur.
Trend-in məlumatına görə, bunu fevralın 5-də Ağsu, İsmayılllı və Şamaxı rayonlarında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması ilə bağlı görülmüş işlərə dair 3 aylıq hesabat brifinqi zamanı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov deyib.
Onun sözlərinə görə, sığorta məsələsi hazırda başlıca problemdir: "Hər bir insan evini sığortalamalıdır. Dəymiş ziyanın ödənilməsi üçün fond olmalıdır. Elə dağ evləri var ki, onların sənədləri yoxdur. Vaxtilə ata-analarının adına olub. İndi onlar dünyasını dəyişib, övladlarının isə sənədləri yoxdur. Əmlak Məsələləri Dövlət Komitəsi, “ASAN Xidmət”in dəstəyi ilə vətəndaşlarımız evlərin sığortalanmasında fəal olmalıdır."
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin