Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ-da baş verən atışmada azı 3 nəfər ölüb

ABŞ-da baş verən atışmada azı 3 nəfər ölüb

Tarix: 6 Iyun 2024 08:56

İyunun 4-də Alabama ştatının Montqomeri şəhərində baş verən atışmada azı 3 nəfər həlak olub.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, bu barədə "NBC" ştat polisinə istinadən məlumat yayıb.

Hadisə şəhərin Latino icmasının üzvlərinə məxsus ərzaq mağazasında baş verib.

Ölənlərdən ikisi mağaza işçisidir. Şübhəlilərin kimliyi hələ müəyyən edilməyib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Ştat polisi hadisənin Latinolara məxsus bizneslərə edilən digər hücumlarla bağlı olub-olmadığını araşdırır.


Etiketlər:  ABŞ baş verən atışmada azı nəfər ölüb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ