Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''30 Seconds to Mars'' qrupu ilk dəfə Bakıda çıxış edəcək

''30 Seconds to Mars'' qrupu ilk dəfə Bakıda çıxış edəcək

Tarix: 7 Iyun 2024 06:30

"30 Seconds to Mars" qrupu dünya turnesi çərçivəsində ilk dəfə Bakıda konsert verəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, konsert 2024-cü il oktyabrın 22-də Milli Gimnastika Arenasında keçiriləcək. Biletlər iyunun 11-dən satışa çıxarılacaq.

ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərindən olan, art-rok üslubunda ifa edən "30 seconds to Mars" 1998-ci ildə Cared və Şennon Leto qardaşları tərəfindən yaradılıb.

Qrupun debüt albomu "30 Seconds to Mars" (2002) uğurlu olmasa da ikinci "A Beautiful Lie" (2005) çox məşhurluq qazanıb.

Qrup, fəlsəfi və dini, konseptual albomlar və eksperimental musiqidən istifadə edərək, müxtəlif janrların elementlərinin birləşməsi ilə tanınır. "30 Seconds to Mars" karyerasında "Ginnes" rekordu da daxil olmaqla, çox sayda mükafat qazanıb.

Milli.Az


Etiketlər:  Seconds Mars qrupu dəfə Bakıda çıxış edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ