Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyun 2024 15:08
Ukraynanın Əməkdar artisti Svetlana Lobodanın Latviyadakı konsertində qalmaqal yaşanıb.
Sonxeber.net axşam.az-a istinadən xəbər verir ki, Loboda tədbirdə bütün hitlərini rus dilində ifa edib. Mk.ru-nun məlumatına görə, tamaşaçılar onun çıxışından narazı qalıblar. Bildirilib ki, Lobodanın səsində problemlər hiss olunub.
Tamaşaçıların əksəriyyəti bundan narazı olub və oranı tərk ediblər.
Nəşr iddia edir ki, əvvəllər səhnəyə Ukrayna bayrağı ilə çıxmağı tələb edən Loboda konsert təkliflərinin azalması səbəbindən artıq heç bir təklif irəli sürmür.
Qeyd edək ki, Ukraynada keçirilən hərbi əməliyyatları pisləyən Lobodanın 50 il müddətinə Rusiyaya girişi qadağandır.