Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əli Baqiri Kani İstanbula getdi: Nəyi müzakirə edəcək?

Əli Baqiri Kani İstanbula getdi: Nəyi müzakirə edəcək?

Tarix: 8 Iyun 2024 15:22

İranın xarici işlər naziri vəzifəsini icra edən Əli Baqiri Kani Türkiyədə keçiriləcək D-8 toplantısında iştirak etmək üçün İstanbula yola düşüb.

Sonxeber.net publika.az-a istinadən xəbər verir ki, bu barədə "Mehr" məlumat yayıb.

İranın ali diplomatının D-8-in Fələstin üzrə sessiyasında iştirakı və tədbirdə iştirak edən həmkarları ilə görüşləri nəzərdə tutulub.

İran mediası, inkişaf etməkdə olan səkkiz İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) xarici işlər nazirlərinin şənbə günü İstanbulda keçiriləcək fövqəladə toplantısının D-8 ölkələri üçün İsrailin Qəzzada apardığı müharibəyə qarşı vahid cəbhənin təqdim edilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini yazır.


Etiketlər:  Əli Baqiri Kani İstanbula getdi Nəyi müzakirə edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ