Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ayın orbitinə çıxan ilk astronavt faciəvi şəkildə öldü - VİDEO - FOTO

Ayın orbitinə çıxan ilk astronavt faciəvi şəkildə öldü - VİDEO - FOTO

Tarix: 8 Iyun 2024 16:08

İlk dəfə Ayın orbitinə çıxan "Apollon- 8" missiyasının astronavtı Uilyam Anders  ABŞ-da təyyarə qəzasında həlak olub.
 
Sonxeber.net moderator.az-a istinadla  xəbər verir ki, bu haqda "CNN" məlumat yayıb. 

Anders Ayın orbitə çıxaran ilk insanlı kosmik gəmi olan "Apollon 8"-in ekipajının üzvü olub. 90 yaşlı astronavta məxsus " T-34 Mentor" təyyarəsi cümə günü qəzaya uğrayıb. Qəza zamanı Anders özü onu idarə edib. Təyyarə Orkas adası yaxınlığında Pyudjet Saund körfəzinə çırpılaraq batıb.

Ayın ətrafına dolanan ilk dünya sakinləri James Lovell, Uilyam Anders və Frenk Borman olub.

Onların "Apollon 8" gəmisi yerin peykinin səthinə enməmiş, onun ətrafında bir neçə dəfə dövrə vuraraq Yerə qayıtmışdır. Bu, 1968-ci ildə baş verib. 1969-cu ildə isə məşhur "Apollon-11" gəmisi Ayın səthinə eniş edə bilib.

Apollon proqramı 1972-ci ilin dekabrında başa çatıb. Ümumilikdə 12 yer sakini başqa bir kosmik obyektin səthini ziyarət edib. Onlar Ayın üzərində ümumilikdə 35 km yol gediblər...


Etiketlər:  Ayın orbitinə çıxan astronavt faciəvi şəkildə öldü VİDEO FOTO


RƏYLƏR