Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2024 23:32
"Moskva vilayətində terror aktının həyata keçirildiyi "Crocus City Hall" konsert zalının yerində xatirə parkı salına bilər".
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, bu sözləri Moskva vilayətinin qubernatoru Andrey Vorobyov deyib.
"İctimai rəy və bizim mövqeyimiz təbii ki, orada xatirə parkının salınmasını və təşkilini nəzərdə tutur. Bu müzakirələr davam edir", - deyə o vurğulayıb.
Vorobyov binanın yenidən tikilməsinin mümkünlüyünə də istisna etməyib.
Xatırladaq ki, martın 22-də "Crocus City Hall"da terror aktı baş verib. Faciə zamanı altısı uşaq olmaqla 145 nəfər həlak olub. Baş verənlərlə əlaqədar terroru birbaşa həyata keçirən dörd nəfər də daxil olmaqla 10-dan çox adam həbs edilib.