Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Çin təyyarəsi NATO gəmisi üçün təhlükəli vəziyyət yaratdı

Çin təyyarəsi NATO gəmisi üçün təhlükəli vəziyyət yaratdı

Tarix: 9 Iyun 2024 00:30

Çinin döyüş təyyarələri Şərqi Çin dənizinin beynəlxalq sularında patrulluq edən Niderland döyüş gəmisi üçün təhlükəli vəziyyət yaradıb.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Niderland gəmisi "Zr.Ms. Tromp" BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Şimali Koreyaya qarşı dəniz sanksiyalarına əməl olunmasına nəzarət edən BMT-nin çoxmillətli işçi qrupunun tərkibində patrulluq edib:

"Bu zaman Çinin döyüş təyyarələri " Zr.Ms. Tromp" döyüş gəmisinin ətrafında bir neçə dəfə dövrə vurub. Bu, potensial təhlükəli vəziyyət yaradıb. Hadisə beynəlxalq hava məkanında baş verib".

Milli.Az


Etiketlər:  Çin təyyarəsi NATO gəmisi üçün təhlükəli vəziyyət yaratdı


RƏYLƏR