Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yığmamızın növbəti rəqibi Lüksemburq olacaq

Yığmamızın növbəti rəqibi Lüksemburq olacaq

Tarix: 9 Iyun 2024 07:40

Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Avropa kubokuna start verib.

Milli.Az idman.biz-ə istinadən xəbər verir ki, Kosovonun paytaxtı Priştinada keçirilən turnirin ilk günündə komandamız ilk matçına çıxıb.

Yığmamız ilk matçında Malta ilə qarşılaşıb. Komandamız 17:14 hesabı ilə qələbə qazanıb. Komandamız qrupda ikinci oyununu sabah Lüksemburqla keçirəcək.

Digər qrupda İrlandiya, Andorra, Kosovo və Kipr gücünü yoxlayacaq.

Avropa kuboku
Təsnifat mərhələsi
A qrupu
8 iyun
17:50. Azərbaycan - Malta - 17:14

Milli.Az


Etiketlər:  Yığmamızın növbəti rəqibi Lüksemburq olacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ