Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hindistanda silahlıların atəşə tutduğu avtobus dərəyə düşüb, ölənlər var

Hindistanda silahlıların atəşə tutduğu avtobus dərəyə düşüb, ölənlər var

Tarix: 10 Iyun 2024 06:22

Hindistanın şimalında naməlum yaraqlılar zəvvarların olduğu avtobusa atəş açıb, azı 10 nəfər ölüb, bundan sonra avtobus dərəyə düşüb.

Sonxeber.net report.az-a istinadən xəbər verir ki, hadisə Cammu və Kəşmirin birgə ərazisində baş verib.

Yerli məbədə gedən və terrorçuların atəşinə tutulan avtobusda əsasən zəvvarlar olub. Avtobusun sürücüsü atəşin altından çıxmaq istəyərkən idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxıb.

Hadisə yerinə hərbi polis və quru qüvvələrinin əsgərləri göndərilib. Terrorçuların axtarışı aparılır.


Etiketlər:  Hindistanda silahlıların atəşə tutduğu avtobus dərəyə düşüb ölənlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ