Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Endər Poladxanlı: “Çalışdıq ki, erməniləri böyük fərqlə udaq”

Endər Poladxanlı: “Çalışdıq ki, erməniləri böyük fərqlə udaq”

Tarix: 10 Iyun 2024 11:10

"Yarış istədiyimiz kimi keçdi. Kosovoya ancaq qələbə üçün yollanmışdıq və bunu da bacardıq".

Sonxeber.net xəbər verir ki,  İdman.Biz-ə basketbolun 3x3 növü üzrə Azərbaycan millisinin üzvü Endər Poladxanlı deyib.

O, Kosovoda keçirilən Avropa Kubokunun təsnifat mərhələsində qalib olmalarını şərh edib. 26 yaşlı basketbolçu bildirib ki, ən çətin görüşləri finalda Kiprə qarşı olub: "Çünki onlar keçən yay eyni təsnifat mərhələsində qalib gəlmişdilər. Çox təcrübəli komandaları var. Gözlədiyimiz kimi, gərgin görüş alındı. Lakin biz lazımı oyunu göstərib, qələbə qazandıq. İlk matçımız da yaddaqalan oldu. Ermənistanla qarşılaşma bizim üçün prinsipial idi. Çalışdıq ki, onları bacardığımız qədər böyük fərqlə udaq. Bunu bacardıq. Amma bunun digər matçlar üçün böyük stimul olduğunu deyə bilmərəm".

Poladxanlı öz çıxışını da yüksək dəyərləndirib: "Komandama maksimum faydalı olmağa çalışdım. Fikirləşirəm ki, pis alınmadı. Qalib olmağı bacardıqsa, komandanın bütün üzvləri böyük bir iş görüb".

Qeyd edək ki, Avropa kubokunun final mərhələsi avqustun 22-25- Avstriyada keçiriləcək.


Etiketlər:  Endər Poladxanlı Çalışdıq erməniləri böyük fərqlə udaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ